Vardanyan ifadə verməyə başlayıb: Bir çox əcnəbi siyasətçi və nüfuzlu qurumun adları hallanır

Avropa Parlamenti, ABŞ Konqresi, Samanta Pauer, çoxsaylı "jurnalistlər", "ekspertlər" və "hüquq müdafiəçiləri" hazır olsun!                                                                                                                                                 

Caliber-in etibarlı mənbələrdən əldə etdiyi məlumata görə, 2022-ci ildə Rusiya vətəndaşlığından imtina edən və o vaxt ölməkdə olan Artsax layihəsini dirçəltmək üçün Xankəndinə göndərilən erməni əsilli rusiyalı milyarder Ruben Vardanyan indi çox fəal şəkildə Azərbaycan istintaq orqanlarına onun xaricdəki çoxsaylı "etibarlı əlaqələri" ilə bağlı şahidlik edir. Beləliklə, Azərbaycan tərəfi Ruben Vardanyanın Qərbin əsas siyasətçiləri, jurnalistləri, "hüquq müdafiəçiləri" və "ekspertləri" ilə təmaslarına dair sənədli faktlar əldə edərək, onlarla lobbiçilik fəaliyyətinin müəyyən tapşırıqlarını həyata keçirmək üçün açıq maliyyə sövdələşmələri aparıldığını üzə çıxardıb. Habelə, dünya ictimaiyyəti Ruben Vardanyanın Karnegi Fondu ilə əməkdaşlığının kəskin təfərrüatlarından tezliklə xəbərdar olacaq.                                                                          

Bundan savayı, Donetsk separatçısı, hazırda Rusiya Federasiyası Dövlət Dumasının deputatı olan Aleksandr Boroday birbaşa Vardanyan tərəfindən maliyyələşdirilib.Vardanyan Rusiya xüsusi xidmət orqanlarının müvafiq idarəsinin nəzarəti altında Donbass separatizminin dəstəklənməsində fəal iştirak edib. Azərbaycan tərəfinə həmçinin USAİD-in rəhbəri Samanta Pauerin Ruben Vardanyanla, belə desək, çox yaxın təmaslarının təfərrüatları məlum olub. Ortaya sadəcə inanılmaz mənzərə çıxır: Samanta Pauer timsalında Amerika administrasiyasının əsas fiqurlarından biri Ruben Vardanyanla əməkdaşlıq edir, o da öz növbəsində eyni vaxtda Ukraynada separatizmi maliyyələşdirir. Əsas sual: kim kimin üçün işləyib? İstisna etmək olmaz ki, Ruben Vardanyan erməni ənənəsinə sadiq qalaraq, ikili agent olub.Bunun nəticəsində Rusiya hakimiyyətinin "görən gözləri" ondan, sadəcə olaraq, canını qurtarıb", - deyə məlumatda bildirilir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31