“Təəssüf ki, dünyaya “demokratiya” paylayan ABŞ-ın çox hallarda ədalətsiz çağırışlarını izləyirik” - ÖZƏL
4 Oktyabr 2023 13:45 SiyasətSon günlər Gürcüstanda baş verən proseslərlə əlaqədar rəsmi Tbilisi ilk növbədə Amerika hökümətini və bunun maliyyəçisi kimi amerikan vergi ödəyicilərinin maliyyəsini, konkret olaraq USAİD-ni günahlandırıb. Gürcüstan rəsmiləri baş vermiş inqilabi hadisələri bir sıra müxtəlif illərdə Serbiya, Ukrayna və digər ölkələrdə analoji proseslərlə əlaqələndiriblər. Qeyd edim ki, biz zaman-zaman Qərb təşkilatlarının keçmiş sovet respublikalarında və ərəb ölkələrində müxtəlif "inqilab"lar həyata keçirməsinə şahid olmuşuq. Bu barədə "Olaylar"a açıqlama verən siyasi ekspert Vüsalə Hüseynli bildirib. Eksperin fikrincə bu inqilablar nəticəsində minlərlə insan həlak olub, dövlətlərin daxili siyasi sabitliyi pozulub, yeni gələn hakimiyyətlər isə qəddarlığı ilə seçiliblər: " Ümimiyyətlə, Soros, İREX, USAİD, NED, NDİ kimi təşkilatların ayrı-ayrı ölkələrin daxili işlərinə qarışması qanunla qadağandır: "Sözsüz ki, USAİD-in fəaliyyətində də ciddi məqamlar var. Təəssüflə qeyd etməliyik ki, bir çox hallarda ABŞ hakimiyyəti qəbul etmədiyi ölkələrin rəhbərləri üzərində təzyiq mexanizmi kimi əvvəllər vətəndaş cəmiyyəti institutlarından yaralanırdılarsa, indi isə əksinə, "təşəbbüs qrupları" adı altında rəsmi heç yerdə qeydiyyatda olmayan qrupları maliyyələşdirərək, ölkə daxilində xaosa, yersiz bəyanatların yayılmasına və s. kimi fəaliyyətlərə dəstək olurlar. Bu isə həmin ölkələrdə demokratiyanın inkişafı yerinə xaosun baş almasına dəstək vermiş olur",
Siyasi ekspertin fikrincə, bu gün Gürcüstanın üzləşdiyi problemləri Azərbaycan dövləti artıq keçib.: " Xatırlayırsınızsa. 2014-cü ildə ABŞ Milli Demokratiya İnstitutunun (NDİ) Bakıdakı nümayəndəliyinin rəhbəri bu işlərdə aktiv iştirak etmişdi. Qeydiyyatsız küllü miqdarda vəsaiti "QHT" adı altında müəyyən təşəbbüs qrupları arasında bölüşdürərək, siyasi proseslərə müdaxilə, təzyiq və dəstək verməyə cəhd etmişdi. "
V. Hüseynli onu da qeyd edib ki, son günlərdə Qarabağla bağlı Azərbaycan hakimiyyətinə təzyiq mexanizmlərini işə salmaq üçün yenidən belə təşəbbüs qruplarının maliyyələşdirilməsinə start verilib. Məqsəd isə status-kvonun saxlanılması , Azərbaycanın ərazi bütövlüyünün bərpasına mane olmaqdı. Təəsüflə qeyd etməliyik ki, bu gün dünyaya "demokratiya" paylayan ABŞın çox hallarda ədalətsiz çağırışlarını izləyirik. Bu isə hər çağırışın alt yapısında olan b aşqa məqamlara işarə edir.