Türk Dünyası Notariat Birliyi yaradılacaq - ÖZƏL

Türk Dövlətləri Təşkilatına üzv olan 5 ölkə arasında notariat prosedurlarını asanlaşdırmaq məqsədilə Türk Dünyası Notariat Birliyi yaradılacaq. "OLAYLAR" trthaber-ə istinadən bildirir ki, Türkiyənin Ədliyyə Nazirliyi bu barədə məlumat verib.

Bildirilib ki, Türk dövlətləri arasında əməkdaşlığın daha da inkişaf etdirilməsi məqsədilə Türkiyə, Azərbaycan, Qazaxıstan, Qırğızıstan və Özbəkistan arasında Türk Dünyası Notariat Birliyinin yaradılması qərara alınıb.

Birliyin yaradılması haqqında memorandum sabah imzalanacaq. Bununla da ölkələr arasında notariat prosedurları daha sürətli və asanlaşacaq.

Birliyin yaradılması ilə türk dövlətləri arasında notariat peşəsi sahəsində bir çox əməkdaşlıq reallaşacaq. 

Sabah Ankarada keçiriləcək imza mərasimində ədliyyə naziri Yılmaz Tunç, AK Partiya sədr müavini Binəli Yıldırım, Azərbaycan, Qazaxıstan, Özbəkistanın ədliyyə nazirləri və Qırğızıstanın ədliyyə nazirinin müavini iştirak edəcək.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31