Prezident İlham Əliyev Qranada görüşündən imtina etdi
4 Oktyabr 2023 13:36 SiyasətPrezident İlham Əliyev Avropa İttifaqı (Aİ), Fransa və Almaniya liderlərinin iştirakı ilə Ermənistanın baş naziri Nikol Paşinyanla görüşün keçirilməli olduğu İspaniyaya (Qranada şəhərinə) getməkdən imtina edib.
Olaylar.az AZƏRTAC-a istinadən xəbər verir ki, buna səbəb Fransanın destruktiv mövqeyi, eləcə də Paris və Berlinin Türkiyənin toplantıda iştirakı ilə bağlı fikir ayrılığıdır. Belə bir şəraitdə Azərbaycan tərəfi danışıqlar aparmaqdan imtina edib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31