Köçəryanlar, sarkisyanlar və ohanyanlar da mühakimə olunmaq üçün Bakıya gətiriləcək - ÖZƏL
4 Oktyabr 2023 12:56 Siyasət"Qarabağda separatizm dayaqları üzərində "hökumət" qurub, bundan dolayı cəzasızlıq eyforiyası içində özlərini böyük siyasət adamları bilənlərin, nəinki siyasətdə, hətta həyatda belə ulduzları qürub etdi. Qarabağ mahalı öz keçmişində, öz tarixində, belə aldanmış kəvakibləri çox yola salıb və bu gün də yola salmağa davam edərək, daha bir qələbəni öz tarixinə yazdı". "OLAYLAR" xəbər verir ki, bu fikirləri siyasi ekspert Çingiz Şahbazi qondarma rejimin keçmiş rəhbər şəxslərinin həbsinə münasibət bildirərkən səsləndirib. O bildirib ki, həmçinin bu qələbə Allahın vədindən öz gücünü alaraq, haqqın batil üzərində çaldığı qələbədir. Həmçinin bu qələbə, birlik və həmrəylik nümunəsinin vəhdətindən doğan qələbədir:
"Cinayətkar separatçı rejimin "rəhbərləri" bir-bir tutulub Bakıya gətirilməsi prosesi davam edir. Artıq Araik Arutyunyan da ələ keçirilərək, törətdiyi vəhşiliklərə və cinayətlərə görə Bakıya, istintaqa cəlb olunması prosesi gedir. Bu bizim ölkəmizin gücünü göstərir və kimliyindən asılı olmayaraq bütün cinayətkarlar qanun qarşısında cavab verməli olacaqlar. Mən inanıram ki, köçəryanlar, sarkisyanlar və ohanyanlar da yaxın gələcəkdə Bakıya mühakimə olunmaq üçün gətiriləcək".