Azərbaycan Qarabağla bağlı münaqişə tarixçəsinin kulminasiya nöqtəsini qoydu - ÖZƏL

"Nəhayət Qarabağla bağlı münaqişə tarixçəsinin kulminasiya nöqtəsinə varıldı. Qondarma rejimin keçmiş qondarma rəhbərləri Arkadiy Quksyan, Bako Saakyan, Araik Arutunyan başqa bir neçə canilərlə birlikdə həbs olunaraq Bakıya gətirildi". "Olaylar" xəbər verir ki, bunu deyən millət vəkili Cavanşir Feyziyevin sözlərinə görə,  Azərbaycan Prezidenti İlham Əliyev Azərbaycanın ən möhtəşəm Zəfər tarixinə beləcə yekun nöqtəsi qoydu: "Bu tarixi Zəfər əsrlər boyu xalqın yaddaşında yaşayacaq. Həbs olunan müharibə caniləri isə ermənilərin türk millətinə qarşı əsrlər boyu etdikləri saysız hesabsız xəyanətlərin hesabını Azərbaycan xalqı qarşısında verəcəklər. Azərbaycan  öz möhtəşəm Zəfəri ilə keçmiş sovetlər ərazisində yaradılmış Abxaziya və Cənubi Osetiya, Dnestryanı və Donbas münaqişələrin həlli üçün elə bir presedent yaratdı ki, onun səmərəliliyi artıq heç kimdə şübhə doğurmur. Azərbaycanın öz ərazisində az qala bütün dünya tərəfindən dəstəklənən "Miatsum" kimi qəddar bir separatizmin kökünü kəsməsi bütün dünyada separatçılıq və siyasi xəyanət ideyasının özünü sarsıtdı. Azərbaycanın bu tarixi qələbəsindən sonra bu cür dağıdıcı fəaliyyətə uymaq və başlamaq artıq heç bir şəxs və ya qurum üçün cəlbedici görünməyəcək. Qukasyanların, saakyanların, arutunyanların və əlinə silah alıb insanlığa qarşı vuruşaraq öz şərəfsiz ölümünə qovuşmuş digər minlərlə quldurların taleyi onlara ibrət  dərsi olacaq. Yaşasın Azərbaycan!"

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31