Prezident növbəti dəfə sözünün imzası qədər dəyərli olduğunu sübuta yetirdi

Arkadi Qukasyan, Bako Saakyan və David İşxanyan kimi cinayətkarların ardınca qanunsuz rejimin - qondarma xuntanın baş separatçılarından olan Araik Arutunyan da saxlanıldı. "Olaylar"ın məlumatına görə, millət vəkili Siyavuş Növruzov qeyd edib ki, Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyev dəfələrlə bəyan etmişdi ki, xalqımıza qarşı cinayət əməlinə yol vermiş, ölkə qanunlarını pozmuş bütün günahkarlar, xüsusilə də separatçı və terroçular ədalət mühakiməsinə, hüquqi məsuliyyətə cəlb olunaraq qanun qarşısında cavab verəcək, layiqli cəzalarını alacaqlar: "Azərbaycan Prezidenti növbəti dəfə sözünün imzası qədər dəyərli və keçərli olduğunu sübuta yetirdi. Yaşasın qalib və qüdrətli Azərbaycan! Eşq olsun Müzəffər Ali Baş Komandanımıza!"

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31