Separatçıların həbsi ədalətin bərqərar olmasıdır - ÖZƏL

"Qarabağda separatçıların " prezidenti" olmuş Arayik Arutunyan, Arkadi Qukasyan, Bako Saakyan və "parlamentin spikeri" David İşxanyan Xankəndində həbs olunub, Bakıya gətirilib. Bu, ədalətin bərqərar olmasıdır". "Olaylar" xəbər verir ki, bunu deyən politoloq Məhəmməd Əsədullazadənin sözlərinə görə, birnci Qarabağ müharibəsində azərbaycanlılara qarşı soyqırım, etnik düşmənçiliy və işğal siyasətini həyata keçirənlər mühakimə olunacaq. Bunları ən ağır cəzaya - ömürlük həbsə göndərmək və Qaradağda daş karxanasında işlətmək lazımdır:

"Elə bir möhtəşəm qələbə əldə etmişik ki, bunu söz ilə ifadə etmək çətindir. Qarabağda erməni yox, Xankəndi Azərbaycan nəzarətində, separatçılar həbs edilib. Bu, Azərbaycanın güclü olmasının göstəricisidir. Nəhayət ki, neftin pulu ilə biz güclü ordu yaradıb, ölkəni gücləndirib, 200 illik problemi həll etdik. Əlbəttə ki, bu, prezident cənab İlham Əliyevin apardığı siyasətin uğurudur. Qarabağ problemi çox çətin idi. Bilmədiyimiz məqamlar var idi. Hətta Azərbaycan 90-ci illərdə onlara ən yüksək status verirdi. Ermənilər müstəqillik istəyirdi. Bu da onların sonu".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31