Fransa XİN rəhbərinin saxta "blokada" iddiaları sülhə xidmət etmir

Ermənistanda keçirdiyi görüşlərdə Fransa xarici işlər naziri Katrin Kolonnanın saxta "blokada" və "məcburi köçkün" iddiaları sülhə xidmət etmir.

Olaylar.az xəbər verir ki, bunu Azərbaycan XİN-in sözçüsü Ayxan Hacızadə X hesabında yazıb.

"Onun "Fransa hər zaman Ermənistanın yanındadır" ifadələri nəhayət ki, Fransanın vicdanlı broker və neytral vasitəçi olmaq iddiaları üzərindəki bütün maskaları yırtdı" - deyə XİN sözçüsü bildirib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31