Araik Arutyunyan saxlanıldı - Bakıya gətirilir

Azərbaycan Dövlət Təhlükəsizlik Xidmətinin (DTX) əməkdaşları Qarabağda separatçıların keçmiş "prezidenti" Araik Arutyunyanı saxlayıblar.

Olaylar.az bildirir ki, hazırda o, Bakıya gətirilir.

Qeyd edək ki, Qarabağdakı separatçıların keçmiş "prezident"ləri Arkadi Qukasyan (1997-2007) və Bako Saakyan (2007-2020), "Daşnakasutyun" partiyasının "Qarabağ təmsilçisi" və separatçı rejimin keçmiş parlament sədri David İşxanyan törətdikləri cinayət əməllərinə görə barələrində aparılan cinayət işləri üzrə Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən Bakıya gətirilib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31