BMT-nin İqtisadi, Sosial və Mədəni Hüquqlar üzrə Komitəsinin 74-cü sessiyasının BƏYANATI
3 Oktyabr 2023 20:02 Siyasət2023-cü il 25 sentyabr tarixində Birləşmiş Millətlər Təşkilatının İqtisadi, Sosial və Mədəni Hüquqlar üzrə Komitəsinin 74-cü sessiyası öz işinə başlamışdır. 2023-cü ilin oktyabr ayının 13-nə qədər davam edəcək sessiyada Ermənistan dövlətinin BMT-nin İqtisadi, Sosial və Mədəni Hüquqlar haqqında Beynəlxalq Pakt üzrə komitəyə təqdim etdiyi 4-cü dövrü hesabat da müzakirə olunur. Vətəndaşların Əmək Hüquqlarını Müdafiə Liqası və İnsan Hüquqları üzrə Təlim və Tədqiqat İctimai birliyi komitəyə Ermənistan tərəfindən Paktın 15-ci maddəsinin pozulması, Ermənistanda Azərbaycan xalqına qarşı nifrət təbliğatına və irqçi siyasətə dair iki alternativ hesabat təqdim etmişdir.
Sessiyanın gedişi dövründə Vətəndaşların Əmək Hüquqlarını Müdafiə Liqasının rəhbəri Sahib Məmmədov BMT İnsan Hüquqları üzrə Ali Komissar ofisinin məsul vəzifəli şəxsləri, həmçinin komitənin Ermənistan üzrə həmməruzəçiləri ilə görüşmüş, bəyanatı və abidələrin dağıdılmasını nümayiş etdirən nəşrləri təqdim etmişdir.
Sahib Məmmədov 3 oktyabr tarixində komitə üzvləri (işçi qrupa daxil olanlar) ilə alternativ hesabat təqdim edən maraqlı tərəflərlə görüşmüşdür. Həmçinin Komitə üzvləri üçün keçirilən birifinqdə alternativ hesabatlara dair məlumat vermişdir. Sahib Məmmədov bəyanatı səsləndirmişdir. Bildirmişdir ki, hesabatlardan biri Ermənistanın işğal edərək 30 il ərzində nəzarətdə saxladığı ərazilərdə Azərbaycan xalqına məxsus mədəni irsin dağıdılması, qəbristanlıqlarda qızıl diş axtarmaq məqsədi ilə 30000-dən artıq qəbristanlığın dağıdılması, muzey sərvətlərinin talanması ilə bağlıdır. İkinici hesabat isə hazırkı Ermənistanda ermənilər tərəfindən məhv edilmiş və Azərbaycan xalqına məxsus mədəni irsin tam olaraq dağıdılmasına aiddir. Sahib Məmmədov brifinqdə təşkilatlar adından bəyanat təqdim etmiş və komitə üzvlərinin suallarını cavablandırmışdır.
Vətəndaşların Əmək Hüquqlarını Müdafiə Liqası və İnsan Hüquqları üzrə Təlim və Tədqiqat İctimai birliyi tərfindən BMT-nin İqtisadi, Sosial və Mədəni Hüquqlar üzrə Komitəsinə təqdim edilən və BMT-nin rəsmi veb səhifəsində Ermənistanın 4-cü dövrü hesabata paralel olaraq yerləşdirlən hesabatlarla aşağıdakı linklərdə tanış olmaq olar.
4 və 5 oktyabr tarixlərində Komitə tərəfindən Ermənistanın dövrü hesabatı dinləniləcək.
Bəyanatın tam mətni:
BMT-nin İqtisadi, Sosial və Mədəni Hüquqlar üzrə Komitəsinin 74-cü sessiyası
Komitə üzvləri üçün keçirlən brifinq üçün təqdim olunacaq
Bəyanat Cenevrə 4 oktyabr 2023