Heydər Əliyev 70-ci illərdə qarabağlıların rifah səviyyəsini yüksəldib - Qaqik Ohancanyan Network platformasında müsahibədə deyib - VİDEO

Baku Network ekspert platformasında texniki elmlər namizədi, yazıçı, Rusiya Təbiət Elmləri Akademiyasının professoru Qaqik Ohancanyanla müsahibə efirə buraxılıb.

Olaylar.az xəbər verir ki, o, Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin Qarabağın tərəqqisinə verdiyi böyük töhfədən danışıb.

"Demək olar ki, 70-ci illərə qədər Qarabağ yardıma möhtac idi. Sərsəng su elektrik stansiyası (SES) tikildiyi illərdə həyat keyfiyyətinin necə dəyişdiyini xatırlayıram. Qarabağ sakinləri öz daxmalarından çıxaraq özlərinə davamlı möhkəm evlər tikiblər. Hələ bu, Sovet dövründə tikinti materialları mağazalarının olmadığı vaxtda baş verib. O vaxt mənim atam Qarabağ rayonlarından birində rəhbər idi. O, Heydər Əliyevin qəbulunda olmuşdu. Ermənilərin orada evlər tikdiyindən söhbət düşəndə Heydər Əliyev deyib: "Nə olsun? Onlar da bizim xalqımızdır. İnsanlar elektrik enerjisinə çıxış əldə etdilər. Kənd insanları üçün bu, böyük hədiyyə idi", - Ohancanyan deyib.

Müsahibənin tam buraxılışı:

Trend

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31