XİN Türk dünyasını təbrik edib
3 Oktyabr 2023 15:06 Siyasət"14 il əvvəl bu gün Naxçıvan sazişi imzalandı. Bu saziş sonradan Türk Dövlətləri Təşkilatının (TDT) əsası oldu".
Olaylar.az xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyindən bildirilib.
"Türk Dövlətlərinin Əməkdaşlıq Günü münasibəti ilə qardaş türk dünyasını səmimi qəlbdən təbrik edirik", - paylaşımda bildirilib.
Qeyd edək ki, Naxçıvan anlaşması 2009-cu il oktyabrın 3-də IX Türkdilli ölkələr dövlət başçılarının Zirvəsində imzalanıb. Azərbaycan, Qazaxıstan, Qırğızıstan və Türkiyənin imzaladığı sənədə əsasən TDT yaranıb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31