Heydər Əliyev ölkənin taleyi üçün əhəmiyyətli qərarlar qəbul edib - ÖZƏL

"Müstəqil dövlətimizin ərazi bütövlüyünün bərpası və Ermənistan silahlı qüvvələrinin hücumlarının qarşısının alınması, ölkənin müstəqilliyinin qorunub saxlanması üçün ordu quruculuğu istiqamətində kompleks tədbirlər həyata keçirildi. Azəbaycan xalqı çox xoşbəxt bir xalqdır ki, Heydər Əliyev kimi fenomen bir şəxsiyyət ölkəyə rəhbərlik etdi". "Olaylar" xəbər verir ki, bunu deyən millət vəkili Vüqar İskəndərovun sözlərinə görə, Heydər Əliyev qlobal düşüncəli, geniş dünyagörüşlü nəhəng bir siyasətçi idi: "O, realist bir insan olaraq hadisələrə praqmatik yanaşırdı, tarixi şəraitdən düzgün baş çıxarırdı, ölkənin taleyi üçün uğurlu qərarlar qəbul edirdi. O, beynəlxalq aləmdə tarazlaşdırılmış siyasətin, ölçülüb-biçilmiş fəaliyyətin ustadı idi. Bu dahi siyasət adamı bütün fəaliyyəti boyu müdrik insan, peşəkar rəhbər, xalq məhəbbətini qazanan uzaqgörən siyasətçi və ağıllı dövlət xadimi olduğunu təsdiq etmişdir. Təsadüfi deyil ki, Ulu Öndər Heydər Əliyev gündəlik siyasi fəaliyyətində nümayiş etdirdiyi peşəkarlıq sayəsində "siyasət nəhəngi", "siyasət qrosmeysteri", "siyasət patriarxı" və digər bu kimi adlar qazanmışdı. Hələ 1993-cü ildə müstəqil Azərbaycanın qoyulan güclü təməli Azərbaycanın parlaq gələcəyinin qarantı oldu. Çünki biz Prezident İlham Əliyevin də yürütdüyü düzgün siyasət nəticəsində ölkəmizin necə uğurlara nail olduğunun şahidi olduq. Budur uzaqgörən siyasətin nəticəsi. Azərbaycan bütün torpaqlarında suveren hüquqlarını artıq bərpa edib".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31