Beynəlxalq Astronavtika Konqresi Azərbaycan həqiqətlərinin təbliği baxımından da önəmlidir - ÖZƏL

"Azərbaycanda keçirilən Beynəlxalq Astronavtika Konqresi kimi beynəlxalq tədbirdə 100-dən artıq ölkədən beş mindən çox nümayəndənin iştirakı ölkəmiz haqqında daha dəqiq məlumatların əldə edilməsində əhəmiyyətli rol oynaycaq". "Olaylar" xəbər verir ki, bunu deyən millət vəkili Əliabbas Salahzadənin sözlərinə görə, ümumilikdə ölkəmizin ev sahibliyi etdiyi hər bir tədbir əhatə etdiyi mövzu ilə yanaşı, Azərbaycan həqiqətlərinin təbliği baxımından da olduqca önəmlidir: "Dövlət başçısı İlham Əliyev Azərbaycanın 30 illik işğal və hazırkı postmünaqişə dövrünün reallıqları barədə tədbir iştirakçılarına geniş məlumat verdi. Təəssüf hissi ilə vuğuladı ki, işğala son qoymaq öhdəliyini üzərinə götürmüş beynəlxalq təşkilatlar hər hansı nəticəyə nail olmadı. BMT Təhlükəsizlik Şurası erməni qoşunlarının ərazilərimizdən dərhal və qeyd-şərtsiz çıxarılmasını tələb edən dörd qətnamə qəbul etdi. Lakin həmin qətnamələr 27 il icra olunmadı. Azərbaycan həmin qətnamələri insanlarımızın həyatını qurban verərək özü icra etdi. ATƏT kimi beynəlxalq təşkilatların danışıqlarda vasitəçilik etmək mandatı var idi, lakin nəticə sıfır oldu. Ərazi bütövlüyünün və suverenliyin bərpasında əldə etdiyimiz təcrübə müəyyən formada unikal oldu. Zorakılıqla üzləşdiyimiz münaqişəyə son qoyduq, ədaləti və beynəlxalq hüququ bərpa etdik. İndi isə Qafqazda sülh üçün vaxt yetişib. Gündəliyimiz Qafqazda sülhün, regionda sülhün, əməkdaşlığın qurulmasıdır və hamı üçün faydanın gətirilməsidir."

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31