Bu gün Türkdilli Ölkələrin Əməkdaşlıq Günüdür - ÖZƏL

"Bu gün Türk Dövlətləri Təşkilatını yaradan, türk dünyasının birliyinə və həmrəyliyinə həsr olunan Naxçıvan müqaviləsinin imzalanmasının 14-cü ildönümüdür". "Olaylar" xəbər verir ki, bunu deyən Milli Məclisin üzvü Hicran Hüseynovanın sözlərinə görə, 3 oktyabr 2009-cu ildə türkdilli ölkələrin dövlət başçılarının IX zirvə görüşündə iştirakçı dövlətlər - Azərbaycan, Qazaxıstan, Qırğızıstan və Türkiyə tərəfindən imzalanan və Türk Şurasının yaranmasına gətirib çıxaran Naxçıvan müqaviləsi imzalanıb: "Müqavilənin imzalanma tarixi olan 3 oktyabr Türkdilli Ölkələrin Əməkdaşlıq Günü elan edilib və hər il qeyd olunur.Türk Dövlətləri Əməkdaşlığı Günümüz mübarək olsun! Biz birlikdə daha güclüyük!"

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31