Qarabağdakı ermənilərə hansı imkanlar yaradılır? - ÖZƏL

"Azərbaycan mərkəzi hakmiyyəti tərəfindən Qarabağda ermənilərə bir sıra imkanlar yaradılacaq. Erməni sakinlərin yaşadıqları ərazilərdə idarəetmə Azərbaycan Prezidentinin xüsusi nümayəndəlikləri vasitəsilə həyata keçiriləcək". "Olaylar" xəbər verir ki, bunu deyən politoloq Zaur Məmmədovun sözlərinə görə, ilk növbədə Qarabağda Azərbaycan manatının tam tədavülə keçməsi təmin edilir: "Qarabağın erməni sakinləri ölkə üzrə əməyin ödənişi və sosial ödənişlər sistemi ilə əhatə olunacaq. Sakinlər səyyar xidmətlərdən (Səyyar ASAN və Səyyar DOST) faydalanacaqlar. Qarabağ bölgəsində yaşayan erməni sakinlər daxili işlər orqanlarına işə cəlb oluna bilər. Qarabağda erməni dilinin istifadəsinə imkan yaradılacaq. Qarabağda ermənilər bələdiyyələrə cəlb oluna bilərlər".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31