Münaqişəni həll etməklə biz ləyaqətimizi QORUDUQ - İLHAM ƏLİYEV - VİDEO
2 Oktyabr 2023 22:15 SiyasətBizim ərazi bütövlüyümüzü bərpa etmə təcrübəsi çox misilsiz və unikal bir hadisədir. Biz münaqişəyə son qoyduq. O münaqişənin həll edilməsi nəticəsində biz ləyaqətimizi qoruduq, beynəlxalq hüququ bərpa etdik.
Olaylar.az Xəzər TV-yə istinadən bildirir ki,bu barədə Prezident İlham Əliyev Bakıda keçirilən 74-cü Beynəlxalq Astronavtika Konqresinin açılış mərasimində çıxışında bildirib.
"Bu gün Cənubi Qafqazda sülh dövrünə qədəm qoya bilərik. Bu, bizim fikrimizdir. Əməkdaşlıq, birgə mənfəət götürülməsi, qarşılıqlı fayda - bu gün biz bunların hamısını nümayiş etdiririk", - deyə dövlət başçısı əlavə edib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31