Rəqabət Məcəlləsi Milli Məclisdə müzakirəyə çıxarılıb
2 Oktyabr 2023 15:22 SiyasətRəqabət Məcəlləsi uzun illərdən sonra Milli Məclisdə müzakirəyə çıxarılıb. "Olaylar"ın xəbərinə görə, hazırda parlamentin iclasında "Rəqabət Məcəlləsinin təsdiq edilməsi haqqında" qanun layihəsi müzakirə olunur. Layihəni Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili təqdim edir.
Xatırladaq ki, Rəqabət Məcəlləsinin layihəsi 2006-cı ildə Milli Məclisdə iki oxunuşdan keçsə də, üçüncü oxunuşdan keçməyib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31