Əgər Ermənistan sülh istəmirsə...- ÖZƏL
2 Oktyabr 2023 15:20 Siyasət"Ermənistan ilə Azərbaycan arasındakı münasibətlərin normallaşması prosesinin uzanması Ermənistanın qeyri-konstruktiv mövqeyi ilə əlaqədardır. Əgər Ermənistan sülh istəmirsə bu Erməni xalqı və dövləti üçün daha təhlükəli olacaq". "Olaylar" xəbər verir ki, bunu YAP Xocavənd Rayon Təşkilatının təmsilçisi Elnur Məmmədov deyib. Bildirib ki, Azərbaycanda çox sürətlə və yüksək səviyyədə aparılan ordu quruculuğu işi öz bəhrəsini verib: "Azərbaycan regionda ən güclü orduya malik olan dövlətə çevrilib. Ordumuz Dəmir yumruqlu, dəmir biləkli bir ordudur. Artıq 44 günlük müharibədə Ordumuzun Dəmir yumruğa malik olduğu, eyni zamanda antiterror tədbirləri nəticəsində də bir daha sübut olundu. Qalib Liderimiz Prezident İlham Əliyev siyasətinin qətiyyətli və cəsarətli siyasəti nəticəsində Ermənistan reallıqlarla hesablaşmalıdır. İstəməsə də belə hesablaşmalıdır. Bu razılıq Ermənistan dövləti və xalqı üçün xeyirlidir. Azərbaycan dövləti xalqının sülsevər olduğu üçün bütün dövlətlərin də sülh şəraitində yaşamasının tərəfdarıdır. Prezident İlham Əliyevin qətiyyətli iradəsi və siyasəti Azərbaycanın suverrenliyini bərpa etdi. Bütün dünya ictimaiyyəti Dağlıq Qarabağın Azərbaycanın ərazisi olduğunu bir daha təsdiqlədi. Bundan sonrası isə Ermənistanın terrorçuluğa son qoyub ona uzadılan sülh əlini tutmasıdır".