Heydər Əliyevin Azərbaycana rəhbərlik illəri siyasi-hüquqi islahatlar dövrü kimi xarakterizə olunur - ÖZƏL
2 Oktyabr 2023 15:07 Siyasət"Ümummilli Lider Heydər Əliyevin rəhbərliyi ilə hazırlanaraq 1995-ci ilin 12 noyabrında ümumxalq səsverməsi yolu ilə Azərbaycan Respublikasının Konstitusiyası qəbul edildi. Bununla da Azərbaycan demokratik, hüquqi, dünyəvi dövlət kimi ilk dəfə olaraq insan hüquqlarının prioritetliyini və hakimiyyət bölgüsünü özünün gələcək inkişaf yolu kimi seçmiş oldu". "Olaylar" xəbər verir ki, bunu deyən YAP Ağdaş rayon təşkilatının sədri Əlişah Rəcəbovun sözlərinə görə, dahi şəxsiyyət Heydər Əliyevin müstəqil Azərbaycana rəhbərlik illəri ölkə tarixində davamlı siyasi-hüquqi islahatlar dövrü kimi xarakterizə olunur. Belə ki, Ulu Öndərin rəhbərliyi ilə həyata keçirilən islahatlar sayəsində ölkənin siyasi-hüquqi sistemində müsbət dəyişikliklər baş vermiş, işlək siyasi sistemin, hüquqi dövlət və vətəndaş cəmiyyəti quruculuğu prosesinin əsası qoyulmuşdur. Hər zaman demokratik məzmunlu dəyişiklərin təşəbbüskarı olan Ulu Öndər Heydər Əliyevin təşəbbüsü ilə kütləvi informasiya vasitələri üzərindən senzura ləğv edilmiş, insan və vətəndaş hüquq və azadlıqları yüksək səviyyədə təmin olunmuşdur. Dövlətin hüquqi bazasının möhkəmləndirilməsi istiqamətində mühüm addımlar atılmışdır".
