Azərbaycan-Özbəkistan İnvestisiya Fondunun adı dəyişdirilir
2 Oktyabr 2023 15:02 SiyasətAzərbaycan Respublikası Hökuməti ilə Özbəkistan Respublikası Hökuməti arasında Azərbaycan-Özbəkistan İnvestisiya Fondunun adı dəyişdirilir. "Olaylar" xəbər verir ki, bu barədə Milli Məclisin payız sessiyası çərçivəsində keçirilən ilk iclasında müzakirəyə çıxarılan "Azərbaycan Respublikası Hökuməti ilə Özbəkistan Respublikası Hökuməti arasında Azərbaycan-Özbəkistan İnvestisiya Fondunun yaradılması haqqında 2023-cü il 24 fevral tarixli Saziş"ə dəyişikliklərin edilməsi barədə Protokol"un təsdiq edilməsi haqqında" qanun layihəsində qeyd edilib.
Qanun layihəsinə görə, Fond Azərbaycan-Özbəkistan İnvestisiya Şirkəti (Fond) adlanacaq. Müzakirələrdən sonra qanun layihəsi səsverməyə çıxarılaraq qəbul olunub.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31