Türk PA-nın adı dəyişdirildi
2 Oktyabr 2023 13:00 SiyasətMilli Məclisdə "Azərbaycan Respublikası Hökuməti və Türkdilli Ölkələrin Parlament Assambleyasının Katibliyi (TürkPA Katibliyi) arasında yerləşmə haqqında Saziş"ə dəyişikliklər edilməsinə dair Protokol"un təsdiq edilməsi barədə" qanun layihəsi müzakirəyə çıxarılıb. Parlamentin bugünkü plenar iclasında müzakirə olunan layihəyə əsasən, qurum Türk Dövlətləri Parlament Assambleyası adlanacaq. Müzakirələrdən sonra qanun layihəsi səsverməyə çıxarılaraq qəbul edilib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31