Azərbaycan dövlətinin çəkinəcək yeri yoxdur - ÖZƏL

"Azərbaycan dövlətinə və millətinə qarşı törətdikləri cinayətkar əməlləri və pataloji nifrətlərinə baxmayaraq mərkəzi hakimiyyət yenə də humanizm prinsiplərindən çıxış edərək üzərinə düşən vəzifələri erməni sakinlərinə qarşı yüksək səviyyədə icra edir. Bu BMT-ni qane etmirsə, buyurub gəlib müşahidələrini aparsınlar".

"OLAYLAR" xəbər verir ki, bu fikirləri AMİP Siyasi Şurasının üzvü, partiya liderinin köməkçisi Əli Oruclu BMT missiyasının Qarabağa səfərinə münasibət bildirərkən səsləndirib. O bildirib ki, Azərbaycan dövlətinin çəkinəcək yeri yoxdu:

"Hesabatlarını da hazırlasınlar. Lakin ədalətli və obyektiv olsunlar. Yeri gəlmişkən 100 min erməni sakininin Qarabağ ərazisini tərk etməsi barədəki rəqəmi də həddindən artıq şişirdilmiş və saxta hesab edirəm. Məncə Azərbaycan erməni saxtakarlığını və yalanlarını ifşa etmək üçün Laçın Sərhəd Nəzarət Buraxılış məntəqəsindən keçən erməni sakinlərin rəsmi statistikasını elan etsəydi yaxşı olardı.  Azərbaycanın şəffaflığın təmin edilməsində şübhəsi olan bəzi xarici təşkilatlar da görərdilər ki, əslində vəziyyət necədir".

Əli Oruclu deyib ki, ötən 30 ilə ərzində Azərbaycanın tələb və təşəbbüslərinə baxmayaraq BMT öz müşahidəçilərini bir dəfə də olsun separatçıların elan etdikləri qondarma DQR-ə göndərmədi:

"Rəsmi Bakının haqlı narahatlığını və etirazlarını qulaq ardına vurdu. Ancaq BMT-nin Xankəndinə missiya göndərməsini göründüyü kimi rəsmi Bakı təmin etdi".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31