Erməni tərəfi yenə də məkirli bir oyun oynayır
2 Oktyabr 2023 12:06 Siyasət"Erməni tərəfi yenə də məkrli bir oyun oynayır. Azərbaycandan xahiş edirlər ki, 30 avtobus göndərin ermənilərin Qarabağdan sürətli şəkildə çıxarılması təmin edilsin". Olaylar xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən sessiyasında deputat Elman Nəsirov deyib. Deputat qeyd edib ki, Ermənistanın bu hiyləsinin arxasında heç də Qarabağ ermənilərin taleyi dayanmır: "Erməni tərəfi məhz Rusiyaya qarşı bu addımları atır. Qarabağdan ermənilərin çıxarılması ilə Ermənistan buradan rus sülhməramlılarının daha lazım olmamasını gündəmə gətirəcək. Bunun ardınca isə Ermənistan ərazisindəki 102 saylı Rusiya hərbi bazasının çıxarılmasını tələb edəcək".
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31