İran dövlətinə Azərbaycanla münaqişə əvvəldən sərf etmirdi - ÖZƏL

İrandakı səfirliyimizə edilən terror hücumundan sonra daha da gərginləşən Tehran-Bakı münasibətlərində istiləşmə müşahidə edilməkdədir. Son vaxtlar artan müxtəlif səviyyəli rəsmi səfərlər fonunda bunu aydın görmək mümkündür. İrandakı səfirliyimizə terror hücumu edən şəxsin layiqli cəza alması da heç şübhəsiz ki, ikitərəfli münasibətlərin normallaşmasına təsirsiz ötüşməyəcək. Elə tarixçi Rəfail Eminov da bu qənaətdədir. "OLAYLAR"-ın xəbərinə görə, tarixçi bildirib ki, Bakı ilə münasibətlərin normallaşması Tehran üçün daha əlverişlidir:

"İran dövlətinə Azərbaycanla münaqişə əvvəldən sərf etmirdi. Ona dost Azərbaycan Respublikası lazımdı".

Tarixçi hesab edir ki, Tehran-Bakı münasibətlərin istiləşməsi Güneydəki soydaşlarımızın durumuna da öz müsbət təsirini göstərəcək: "İranla münasibətlər normallaşarsa, Arazın o tayındakı yurddaşlarımızın sosial vəziyyətinə müsbət təsir edər".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31