Türkiyə və Azərbaycan müxtəlif çağırışlara qarşı birgə fəaliyyət göstərir - Enes Eminoğlu
2 Oktyabr 2023 11:13 SiyasətTürkiyə və Azərbaycan müxtəlif çağırışlara qarşı birgə fəaliyyət göstərir.
Olaylar.az xəbər verir ki, bu barədə Türkiyə gənclər və idman nazirinin müavini Enes Eminoğlu "Ümumdünya Məskunlaşma Günü" ilə bağlı tədbirdə çıxışı zamanı deyib.
" Biz yalnızca şəhərlərin yox, insanların da inkişafına diqqət yönəltmişik. Türkiyə hər zaman Azərbaycanla əməkdaşlıq edib. İnanırıq ki, biz birlikdə şəhərsalma sahəsində səylərimizi birləşdirərək, məqsədlərimizə nail olacağıq. Türkiyədə baş verən zəlzələ zamanı Azərbaycanın bizə dəstəyini heç bir zaman unutmayacağıq", - deyə o bildirib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31