Qərb təsisatlarının humanitar yardımında ikili yanaşma- ÖZƏL

"Təəssüflər olsun ki, əksər məsələlərdə olduğu kimi, humanitar yardım məsələsində də dünyada ikili standartlar hökm sürür, insaniyyətlik, insani dəyərlər üzərindən oyun oynanılır. Son aylarda Qarabağ ermənilərinə humanitar yardım adı altında demək olar ki, dünya çapında başladılmış şou belə deməyə əsas verir".

"OLAYLAR" xəbər verir ki, bu fikirləri "Milli İnkişaf" ictimai birliyinin sədri Arzuman Muradlı səsləndirib. İctimai birlik sədri deyib ki, bu gün Qarabağdan öz istəkləri ilə, onlara heç bir təzyiq göstərilmədən Ermənistana köç edən erməniləri qaçqın kimi qələmə vermək, onlara beynəlxalq səviyyədə yardım başlatmaq dünya güclərinin, ayrı-ayrı beynəlxalq təşkilatların xeyriyyəçilik addımları, humanitar aksiyalara belə ikili yanaşmasını aydın şəkildə ortaya qoyur:

"Halbuki adı çəkilən dairələrin insanpərvərliyi, insani dəyərlərə hörmətlə yanaşmasını 1 milyona yaxın soydaşımızın qaçqın və məcburi köçkünə çevrilməsi zamanı görə bilmədik. Baxmayaraq ki, azərbaycanlılar bu gün Qarabağdan gedən ermənilərdən fərqli olaraq öz dədə-baba torpaqlarından zorla qovulmuş, silah gücünə çıxarılmış, min cür məhrumiyyətlərə məruz qalmışdılar. Ancaq həmin vaxt soydaşlarımız taleyin ümidinə biraxılmış, yalnız Azərbaycan hökuməti, eyni zamanda bizə dost-qardaş olan ölkələr qaçqın və məcburi köçkünlərimizə dəstək olmuşdular. Ancaq bu gün Qarabağdan könüllü olaraq gedən ermənilərə yardım üçün sanki beynəlxalq təşkilatlar, Qərb təsisatları, ayrı-ayrı Avropa dövlətləri sıraya düzülüb, yarışa giriblər. Halbuki 90-cı illərdə azərbaycanlıların silah gücünə oz doğma torpaqlarından ermənilər tərəfindən qovulmasını həmin dövlət və təsisatlar kənardan seyr etməklə kifayətlənirdilər. Əgər doğurdan da insan dəyərləri, insanpərvərlik onlar üçün bu dərəcədə alidirsə, o zaman azərbaycanlı qaçqınlar niyə yada düşmürdü? Bu ayrıseçkilik, ikili standartların bariz nümunəsidir".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31