Fransa-Azərbaycan dostluq qrupunun ləğvinin bizə isti-soyuğu yoxdur - ÖZƏL
2 Oktyabr 2023 09:16 Siyasət"Fransa parlamentində Azərbaycanla dostluq qrupunun ləğvinin bizə heç bir istisi-soyuğu yoxdur. İkinci Qarabağ savaşından sonra Ermənistanın "böyük bacı"sından öz adıyla çağırsaq, ancaq düşmənçilik gördüyümüzdən onun parlamentində belə bir qrupun varlığı açığı istehza doğururdu". Olaylar xəbər verir ki, bunu deyən millət vəkili Sahib Alıyevin sözlərinə görə, ona görə də Fansa parlamentində atılan son addım heç nəyi dəyişmir, onlar bununla sadəcə öz prezidentlərinin Paşinyan kimi saxtakar və yalançı olduğunu təsdiqləyirlər: "Xatırlayırsınızsa, bu ilin yanvarında Azərbaycanın Fransadakı yeni səfiri Leyla Abdullayevanın etimadnaməsini qəbul edərkən Emmanuel Makron guya ölkəmizin dostu olduqlarını bildirmişdi. Fransa parlamentindəkilər isə ondan daha səmimi davranaraq aramızda dostluq kimi qiymətləndirilə biləcək heç nəyin qalmadığını təsdiqləyirlər ki, bu da bizə sirr deyil".
