Hayların saxta statistikası hansı məqsəd güdür? - ÖZƏL

"Sosial şəbəkədə ən çox hallandırılan məsələlərdən biri Qarabağdan Ermənistana gedənlərin sayının şişirdilməsi, olduğundan azı 4 dəfə çox göstərilməsidir. Hayların bu ağ yalanlarında da, qərbdəkilərin onlara təqdim edilən həmən saxta statistikaya özlərini inanırlarmış kimi göstərmələrində də təəccüblü heç nə yoxdur". Olaylar xəbər verir ki, bunu deyən millət vəkili Sahib Alıyevin sözlərinə görə, bu, o toplumdur ki, öncə guya 1 milyon təmsilçilərinin "soyqırım"a uğradığını bildirib aradan neçə il keçdikdən sonra saylarını 1,5 milyona qaldıranda, onları öz sivilizasiyalarından sayanlardan kimsə soruşmadı ki, axı o dünyadakılar arta bilməz, bu yarım milyon haradan çıxdı: "Bilirsiniz niyə, çünki az-çox obyektiv görünməyə çalışan tarixçiləri Filipp Ekozyantsın da dəfələrlə dediyi kimi sözü gedən toplumu saxtakarlıq xəstəliyinə yoluxdurmaqla öz geosiyasi alətinə çevirən elə onlardır. Yeni saxta statistika da geosiyasi alver predmetinə çevirmək üçün ilk növbədə məhz qərbdəkilərə- Fransasına, Birləşmiş Ştatlarına və sairinə lazımdır".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31