Deputatlarımız QDİƏT PM-in tədbirinə qatılacaqlar
1 Oktyabr 2023 16:04 SiyasətMilli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri, QDİƏT PM-in Mədəniyyət, təhsil və sosial məsələlər komissiyasının sədri Musa Quliyev və deputat Kamran Bayramov oktyabrın 1-də Bolqarıstanın Burqas şəhərinə səfər edəcəklər.
Milli Məclisin deputatları səfər çərçivəsində QDİƏT PM-in Mədəniyyət, təhsil və sosial məsələlər komissiyasının iclasında iştirak edəcəklər.
Səfər oktyabrın 3-də başa çatacaq.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31