XİN-dən Almaniyaya: Dağlıq Qarabağ deyil, Qarabağdır!
29 Sentyabr 2023 23:44 SiyasətAzərbaycan onun suverenliyinə xələl gətirmək cəhdlərinin qarşısını qətiyyətlə alacaq.
Olaylar.az xəbər verir ki, bunu Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) mətbuat katibi Ayxan Hacızadə X sosial hesabında Almaniya Xarici İşlər Nazirliyinin Mətbuat Xidmətinə cavabında qeyd edib.
A.Hacızadə Almaniya XİN-in Qarabağ bölgəsini "dağlıq" adlandırmasına da qarşı çıxıb.
"Ermənistan 30 il işğalçılıq siyasəti yürüdüb, bölgəni "boz zona"ya çevirib. Azərbaycan öz erməni sakinlərini qorumaq və reinteqrasiya etməkdə qətiyyətlidir və qadirdir. Artıq BMT-nin müvafiq qurumları humanitar fəaliyyət və tərk-silah prosesi ilə tanış olmaq üçün Qarabağ bölgəsinə səfərə dəvət edilib", - XİN rəsmisi yazıb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31