Azərbaycan XİN Pakistana başsağlığı verib
29 Sentyabr 2023 21:16 SiyasətAzərbaycan Xarici İşlər Nazirliyi Pakistana başsağlığı verib.
Olaylar.az xəbər verir ki, bu barədə XİN-dən bildirilib.
"Biz Pakistanın Mastunq şəhərindəki məscidin yaxınlığında və Hanqu şəhərindəki məsciddə törədilən terror aktlarını qətiyyətlə pisləyirik. Biz qardaş Pakistan hökumətinə, xalqına və həlak olanların ailələrinə başsağlığı verir, yaralananların tezliklə sağalmasını arzu edirik", - məlumatda deyilir.
Qeyd edək ki, Pakistanın Bəlucistan əyalətinin Mastunq şəhərində yerləşən məscidin yaxınlığında partlayış baş verib. Baş verən partlayış nəticəsində azı 50 nəfər həlak olub, 50-dən çox insan yaralanıb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31