Əli Əsədov Düşənbədə Rusiya hökuməti sədrinin müavini ilə görüşüb

Azərbaycanın Baş naziri Əli Əsədov Düşənbəyə işgüzar səfəri çərçivəsində Rusiya Federasiyası Hökuməti sədrinin müavini Marat Xusnullinlə görüşüb.

Olaylar.az xəbər verir ki, görüşdə Azərbaycan-Rusiya strateji tərəfdaşlığının yüksək səviyyəsindən məmnunluq ifadə edilib.

Dövlət başçılarının ikitərəfli münasibətlərin bütün istiqamətlər üzrə ardıcıl inkişafını təmin etmək səylərinin əhəmiyyəti vurğulanıb.

Əməkdaşlığın müxtəlif sahələrində bir sıra layihələrin həyata keçirilməsi ilə bağlı konkret təkliflərə baxılıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31