Qarabağda Böyük Vətən Müharibəsi iştirakçılarının xatirəsinə ucaldılmış kompleks silah anbarı kimi istifadə edilib - VİDEO
29 Sentyabr 2023 14:02 SiyasətQarabağ bölgəsinə baxış zamanı Xocavənd rayonu ərazisində Böyük Vətən Müharibəsi iştirakçılarının xatirəsinə ucaldılmış memorial kompleksdə xeyli sayda silah-sursat aşkar edilib.
Olaylar.az xəbər verir ki, bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.
Kompleksdə aşkar edilən külli miqdarda döyüş sursatı və müxtəlif çaplı silahlar buranın silah-sursat anbarı kimi istifadə edildiyini sübut edir.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31