Türkiyə-Azərbaycan əlaqələri dünyada tayı-bərabəri olmayan müstəsna səviyyədədir

"Azərbaycan Prezidenti İlham Əliyevin və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın şəxsi dostluq və qardaşlıq münasibətləri ölkələrimizlə yanaşı, bütün türk dünyasının da birliyinə, eləcə də sıx siyasi, iqtisadi əlaqələrin ən yüksək səviyyəyə çatmasına böyük stimul verir". "Olaylar" xəbər verir ki, bunu deyən YAP Salyan rayon təşkilatının sədri Elmar Əhmədovun sözlərinə görə, cənab Rəcəb Tayyib Ərdoğanın paytaxt Bakı ilə yanaşı, bölgələrimizə də səfəri, görülən işlərlə tanışlığı, inkişafdan keçirdiyi məmnunluq hissi bu dostluğun, qardaşlığın sarsılmazlığının təqdimatıdır: "Sentyabrın 25-də Azərbaycan və Türkiyə Prezidentləri Naxçıvanda görüşdülər. Göstərilən qonaqpərvərliyə görə minnətdarlığını ifadə edən qardaş ölkənin Prezidenti Rəcəb Tayyib Ərdoğan bildirdi ki, Türkiyə-Azərbaycan əlaqələri dünyada tayı-bərabəri olmayan müstəsna səviyyədədir. "Bir millət, iki dövlət" şüarı çərçivəsində əlaqələrimizi və əməkdaşlığımızı bütün sahələrdə gücləndirmək üçün fəaliyyətimizi davam etdiririk: "İlham qardaşımla imzaladığımız Şuşa Bəyannaməsi əlaqələrimizi müttəfiqlik səviyyəsinə yüksəldən bir dönüş nöqtəsidir. Naxçıvan tarix boyu daşıdığı strateji əhəmiyyəti ilə Azərbaycanla əlaqələrimizdə xüsusi yerə sahibdir. Naxçıvan bu gün də iqtisadiyyat, nəqliyyat və enerji xətləri baxımından böyük potensiala malikdir. Regional nəqliyyat xətlərinin yaradılması ilə birlikdə bu potensialı tam mənasında həyata keçirmək imkanına sahib olacağıq."

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31