Paşinyanı devirmək o qədər də asan deyil - ÖZƏL
29 Sentyabr 2023 12:37 Siyasət"Ermənistanın baş naziri Nikol Paşinyanı hakimiyyətdən devirmək o qədər də asan məsələ deyil. Çünki Paşinyanın arxasında Qərb dayanır. Nə vaxt Paşinyan Qərb, Birləşmiş Ştatların maraqları əleyhinə çıxacaq, o zaman onu devirmək planı işə düşəcək". Bu fikirləri "OLAYLAR"-a "Milli İnkişaf" ictimai birliyinin sədri Arzuman Muradlı səsləndirib. İctimai birlik sədri deyib ki, indiki halda Paşinyan Qərb üçün əlverişli fiqurdur:
"Çünki Nikol Paşinyan Rusiyanın regiondakı maraqlarına zərbə vurur. Bu da Qərbin Cənubi Qafqazla bağlı planlarının həyata keçirilməsinə imkan yaradır".
Arzuman Muradlı deyib ki, ermənilərin Qarabağdan kütləvi şəkildə İrəvana köçürülməsində də əsas məqsəd Paşinyana qarşı aksiyaları daha izdihamlı etməkdir :
"Çünki Ermənistanda bütün dövrlərdə hakimiyyət dəyişikliyində Qarabağ klanı xüsusi rol oynayıb. Paşinyana qədər Ermənistanı demək olar ki, Qarabağ klanı idarə edib. İndi yenidən tarixi təkrarlamağa çalışırlar".
