Ermənistanın bir seçimi var, o da sülh müqaviləsinə imza atmaqdır - ÖZƏL

"Ermənistanın bir seçimi var, o da sülh müqaviləsinə imza atmaqdır. Başqa alternativ yolu yoxdur".

"OLAYLAR" xəbər verir ki, bu fikirlər "Xəbər Mərkəzi" Analitik Qrupunun açıqlamasında yer alıb. Analitik Qrupdan bildirilib ki, Azərbaycanın həyata keçirdiyi lokal xarakterli antiterror tədbirləri Ermənistan üçün sarsıdıcı zərbə oldu:

"Hər nə qədər Ermənistan Qarabağdakı qeyri-qanuni silahlı birləşmələri ilə əlaqəli olmadığını iddia etsə də, reallıq ondan ibarət idi ki, separatçıları silahlandıran, son aylarda onları zirehli texnika və silah-sursatla təmin edən məhz Ermənistan idi. İrəvan hakimiyyəti separatçıları Azərbaycanla müharibəyə sürükləməklə bir növ Azərbaycanı zəiflətmək və bununla da vaxt udub əlini möhkəmləndirməyi qarşıya məqsəd qoymuşdu. Lakin Azərbaycan dövləti və onun müzəffər Ali Baş Komandanı və Silahlı Qüvvələri Ermənistan hakimiyyətinin bütün planlarını alt-üst etdi".

Analitik Qrup hesab edir ki, artıq Ermənistan regionda Azərbaycanın yaratdığı yeni reallıqları qəbul edərək Bakı ilə sülh müqaviləsi imzalamağa daha maraqlı olacaq:

"Çünki Ermənistanın bir dövlət kimi inkişafı və çıxış yolu məhz Azərbaycanla sülh müqaviləsi imzalamaqdan keçir".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31