Heydər Əliyevin diqqət və qayğısı sayəsində səhiyyənin inkişafı ilə bağlı əhəmiyyətli nailiyyətlər əldə edilib - ÖZƏL
29 Sentyabr 2023 10:19 Siyasət"Ulu Öndər Heydər Əliyevin xüsusi diqqət və qayğısı sayəsində müstəqillik dövründə ölkəmizdə səhiyyənin inkişafı və əhalinin sağlamlığının qorunması sahəsində əhəmiyyətli nailiyyətlər əldə etmək mümkün oldu. Onun bilavasitə rəhbərliyi ilə ölkənin səhiyyə sistemində ardıcıl və məqsədyönlü işlər görüldü, islahatlar aparıldı". "Olaylar" xəbər verir ki, bunu deyən millət vəkili Hicran Hüseynovanın sözlərinə görə, bu işdə ilk növbədə səhiyyənin hüquqi-normativ bazasının təkmilləşdirilməsi və dünya standartları səviyyəsinə qaldırılması daim diqqət mərkəzində saxlanılırdı: "Həmin məqsədlə ölkəmizdə səhiyyənin qanunvericilik bazasını gücləndirən bir sıra qanunlar, o cümlədən "Əhalinin sağlamlığının qorunması haqqında", "Qan və onun komponentlərinin donorluğu haqqında", "İnsanın immunçatışmazlığı virusunun törətdiyi xəstəliyin (AİDS) yayılmasının qarşısının alınması haqqında", "İnsan orqan və (və ya) toxumalarının transplantasiyası haqqında", "Tibbi sığorta haqqında" qanunlar işlənib hazırlandı və Milli Məclis tərəfindən qəbul edildi".
Millət vəkili bildirib ki, bu gün digər sahələrdə olduğu kimi, səhiyyə sahəsində də Ulu Öndərin siyasi kursu Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir: "Dövlət başçısı Ümummilli Liderin başlıca həyat prinsipi olan xalqa, millətə xidmət və sədaqət amalını yaşadır. Onun və Respublikanın Birinci vitse-prezidenti Mehriban xanımın diqqəti və qayğısı nəticəsində səhiyyə sistemimiz inkişaf edir. Məhz elə buna görə də Prezident İlham Əliyev ölkə səhiyyəsinin inkişafının qiymət verərkən demişdi: "Azərbaycanda səhiyyə sistemində aparılan islahatlar, görülən işlər dünya səviyyəsində gedir. Hətta deyə bilərəm ki, biz artıq Azərbaycan standartlarından da danışa bilərik".