Azərbaycan Cənubi Qafqazda yeni geosiyasi realığın əsasını qoydu - ÖZƏL
29 Sentyabr 2023 10:09 Siyasət"Azərbaycan 44 günlük müharibə, üç illik diplomatik gedişləri və antiterror əməliyyatları ilə təkcə 30 illik işğala son qoymadı, 2020-ci ildən bu yana geridə qalan 3 il ərzində Azərbaycanın bütövlüyün təmin etməklə yanaşı Cənubi Qafqazın da geosiyasi xəritəsində çox önəmli dəyişiklərin əsasını qoydu". "Olaylar" xəbər verir ki, bunu deyən millət vəkili, Milli Məclis sədrinin müavini Fəzail İbrahimlinin sözlərinə görə, yaranmış yeni geosiyasi realıq Bakıya Qarabağ üzərində suveren hüqqularını təmin edilməsinin açarı oldusa, qondarma rejimin özünü buraxması və yaranan yeni geosiyasi reallıq Azərbaycanın növbəti mərhələdə qarşısında duran məsələlərin həllində də açar rolunu oynadı: "Azərbaycan Prezidenti müdrik, təmkinli, ədalətli mövqeyi ilə həm Qərbi, həm də erməni baş naziri həqiqəti qəbul etməyə məcbur etdi. Onlar Azərbaycanın ərazi bütövlüyünü tanıdılar, separatşı xunta rejimi tarixin arxivinə göndərildi.. Konkret sərhədlərin delimitasiyası və demarkasiyası isə Azərbaycanın təqdim etdiyi və lazım bildiyi xəritələr üzrə aparılacaq.. Artıq Cənubi Qafqazın geosiyasi mənzərəsi xeyli dərəcədə Azərbaycanın diplomatik addımlarından asılıdır. Azərbaycan Türkiyə ilə birgə regionda sülh və barış üçün ciddi işlər görür. Bunun uğurlu olacağına qətiyyən şübhə yoxdur. Azərbaycan Xalqı 3 il əvvəl Ordusunun və Dövlətinin ətrafında necə sıx, bir yumruq kimi birləşmişdisə, bu gün ondan da güclü, ondan da inamlı şəkildə istənilən əmri icra etmək üçün zamanından və məkanından asılı olmayaraq hər biri Vətənin müsəlləh əsgərinə çevrilə biləcəyini dünyaya nümayiş etdirdi. Artıq hər kəs üçün qəti olaraq bəllidir ki, Azərbaycan dövləti, Prezidenti, Xalqı, Ordusunun heysiyyatına toxunmağın cavabı çox ağır olur!"