Xankəndidə suverən hüquqlarımızın bərpası böyük tarixi hadisədir
28 Sentyabr 2023 15:47 Siyasət"Qarabağda seperatçı qurumun özünü buraxması və Xankəndi də daxil bu bölgədə suverən hüquqlarımızın tam bərpa olması böyük tarixi hadisədir". "Olaylar" xəbər verir ki, bunu deyən Vətəndaş Həmrəyliyi Partiyasının təmsilçisi Samiq Əsədlinin sözlərinə görə, ötən 30 il ərzində bölgədə çoxsaylı insan tələfatı heç olmaya bilərdi, bu yolu birgəyaşayış istəməyən qonşularımız seçdi: "Bugünkü nəticəni - geridönüşü əslində onlar özləri yaratdılar. 1992-93-cü illərin soyuqlu, qarlı, şaxtalı günlərində Azərbaycanlılar zülümlə öz yurdlarını tərk etdilər, soyuqdan yollarda həlak oldular. Əvəzində dünya onların lyuks avtomobildə, özü də ərazini könüllü tərk etdiyini görür. Biz buna da səbr və humanizmlə yanaşırıq. Önəmli olan ərazi bütövlüyümüzün təmin olunmasıdır. Xankəndində ucalan bayrağımız bu tarixi hadisəni gerçəkləşdirən şəhid ruhları qarşısında sayğıyla baş əyirik".
