Selçuq Bayraktar: “Uşaq olarkən Qarabağın işğalı ilə bağlı bir şey edə bilməmək içimizdəki yara idi”
28 Sentyabr 2023 15:08 Siyasət"Uşaq olarkən Qarabağın işğalı ilə bağlı bir şey edə bilməmək içimizdəki yara idi".
Olaylar.az xəbər verir ki, bunu "Baykar" şirkətinin texniki direktoru Selçuk Bayraktar "TV 100"ün efirində deyib.
O bildirib ki, pilotsuz uçuş aparatları (PUA) Azərbaycan torpaqlarının işğaldan azad olunmasında mühüm rol oynadı: "Azərbaycanın öz torpaqlarında həyata keçirdiyi 44 günlük müharibə və antiterror tədbirləri tamamilə haqlıdır".
S.Bayraktar, həmçinin söyləyib ki, Kanada Türkiyə PUA-larının müharibədə istifadəsinə qarşı çıxmışdı: "Təəssüf ki, Kanadanın bu reaksiyasına Türkiyə daxilində də sevinənlər var idi. Amma sevinmək əbəsdir. PUA-lar yenə də hədəfləri məhv edəcək".
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31