Azərbaycan öz tələblərndən heç bir vaxt geri çəkilmək niyyətində deyil
28 Sentyabr 2023 14:58 Siyasət"Qarabağdakı qeyri-qanuni rejimin özünü buraxması əslində gözlənilən idi. Belə ki, Azərbaycan antiterror tədbirlərinə başlayarkən əməliyyatların dayandırılması üçün konkret tələblər irəli sürmüşdü. Bu tələblər içərisində qeyri-qanuni hərbi birləşmələrin özünü buraxması, tərksilah olunaraq silah sursatı təhvil verməsi ilə yanaşı, separatçı rejimin özünü buraxması da var idi".
"OLAYLAR" xəbər verir ki, bu fikirləri politoloq Yusif Bağırzadə səsləndirib. O bildirib ki, qeyri-qanuni hərbi birləşmələrin özünü buraxmasından və silah sursatı təhvil verməyə razılıq verməsindən sonra Qarabağın erməni icması nümayəndələri ilə Yevlaxda, daha sonra Xocalıda keçirilən görüşlərdə bütün tələblərin icra edilməsinin vacibliyi onların diqqətinə çatıdırlmışdı:
"Nəhayət, bu gün dırnaqarası qurumun "przidenti" olan Samvel Şahramanyan bu barədə "fərman" imzalayıb. Bu bir daha onu sübut edir ki, Azərbaycan öz tələblərndən heç bir vaxt, heç bir halda bir addım belə geri çəkilmək niyyətində deyil. Eyni şey Zəngəzur dəhlizi ilə də bağlıdır. Və mən tamamilə əminəm ki, Azərbaycan və Ermənistan arasında imzalanacaq sülh sazişinin əsas müddəlarından biri də məhz bununla və eyni şəkildə Naxçıvan və Qazaxın kəndləri ilə bağlı olacaq".