Azərbaycanın daha bir tarixi qələbəsi - ÖZƏL

"2020-ci ilin sentyabrından silsilə uğurlara, qələbələrə imza atan Azərbaycan dövləti və onun müzəffər Ali Baş Komandanı Cənab İlham Əliyev yaşadığımız bu günlərdə daha bir tarix yazdı. Zərgər dəqiqliyi, Ali Baş Komandan peşəkarlığı ilə Qarabağda separatçılara qarşı lokal xarakterli antiterror tədbirlərinə başlayan Azərbaycan dövləti uzun illər Qarabağda baş ağrımıza çevrilən qondarma rejimi təslim olmaq, daha sonra isə özünü buraxmaq məcburiyyətində qoydu. 28 sentyabr Azərbaycan tarixinə düşən daha bir uğurun, daha bir qələbənin xəbərçisidir".

"OLAYLAR" xəbər verir ki, bu fikirləri "Milli İnkişaf" ictimai birliyinin sədri Arzuman Muradlı səsləndirib. O bildirib ki, son hadisə ilə Azərbaycan dövləti və onun Ali Baş Komandanı dünyada anoloqu olmayan tarixi bir uğura imza atmış oldu:

"Yaşadığımız dövrdə belə bir situasiya baş verməyib ki, hansısa separatçı, qondarma rejim özünü buraxsın. Ancaq Azərbaycan öz dəmir yumruğu, gücü, haqlı mübarizəsi ilə bunu edə bildi. Uzun illərdir Qarabağda özünü qeyri-qanuni olaraq elan etmiş separatçı rejimin bu gün özünü buraxması barədə bəyanat verməsi Azərbaycanın daha bir tarixi qələbəsidir".

Arzuman Muradlının sözlərinə görə, qondarma rejimin özünü buraxması həm də onun göstəricisidir ki, Azərbaycan dövləti və onun siyasi rəhbərliyi heç bir halda öz haqlı tələbindən geri çəkilməyib və bundan sonra da geri çəkilməyəcək:

"Çünki lokal xarakterli antiterror tədbirlərinin dayandırılması zamanı rəsmi Bakının irəli sürdüyü şərtlərdən biri də məhz separatçıların tırkisilah edilməsi və özlərini buraxması idi. Bu da baş verdi".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31