Rəsmi Bakı Ermənistan XİN-in bəyanatını qınadı
28 Sentyabr 2023 12:59 SiyasətErmənistan Xarici İşlər Nazirliyinin 27 sentyabr 2023-cü il tarixdə yaydığı və 44 günlük müharibə və müharibədən sonra görülən tədbirlər haqqında beynəlxalq ictimaiyyəti açıq şəkildə təhrif edən və yanlış istiqamətə yönəldən bəyanatı şiddətlə qınayırıq.
Bu barədə Olaylar.az-a Xarici İşlər Nazirliyindən məlumat verilib.
"Ermənistan Xarici İşlər Nazirliyi bu bəyanatda saxta xəbərlər yaymaqla yanaşı, Azərbaycan ərazilərinin 30 ildən artıq davam edən hərbi təcavüzü və işğalı, Azərbaycana qarşı törədilmiş qırğınlar və insanlıq əleyhinə cinayətlərə görə məsuliyyətini açıq şəkildə inkar edir", - açıqlamada deyilir.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31