İstintaq suallarına cavab verən tək bu separatçı olmayacaq - ÖZƏL

"Ərazimizə qanunsuz gəlib yerləşən, təbii sərvətlərimizi talayan və terrorçu dəstələrini maliyyələşdirən bu oğru bir neçə gün əvvəl dövlətimiz və millətimiz əleyhinə hədyanlar danışırdı". "Olaylar" xəbər verir ki, bunu millət vəkili Musa Qasımlı deyib: "Qələbəmizdən sonra siçan kimi qaçmağa cəhd etsə də yaxalandı. İndi dövlətimizin istintaq  orqanlarının suallarına dizləri titrəyərək, yazıq-yazıq cavab verəcək və ədalət mühakiməsi qarşısında dayanacaq. İstintaq suallarına cavab verən tək bu separatçı olmayacaq. Digərləri də yaxalanıb gətiriləcək".

Qeyd edək ki, sentyabrın 27-də "Laçın" dövlət sərhədindən buraxılış məntəqəsində Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçularının sayıqlığı nəticəsində ölkə ərazisinə qeyri-qanuni gələrək qondarma "Dağlıq Qarabağ Respublikasının Dövlət naziri" vəzifəsində çalışmış 1968-ci il təvəllüdlü Ruben Karleni Vardanyan Azərbaycan Respublikasından Ermənistan istiqamətində hərəkət edərkən saxlanılıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31