“Azərbaycan xalqı Sizinlədir və Sizin hər bir qərarınızı dəstəkləyir” - ÖZƏL

Tanınmış vəkil Ali Baş Komandana müraciət etdi.

Tanınmış vəkil Rövşən Qasımov Müzəffər Ali Baş Komandan İlham Əliyevə müraciət ünvanlayıb. "Olaylar" sözügedən müraciəti təqdim edir:

Zati-aliləri!  Möhtərəm cənab Prezident! Müzəffər Ali Baş Komandan! 

Son iki yüz ildə Siz  Müzəffər Ali Baş komandan, Yenilməz Sərkərdə olaraq  Azərbaycan torpaqlarını düşmən əlindən alaraq  geri qaytarmağı bacaran  ilk Rəhbərsiniz. Liderlik institutu bəşər tarixinin mövcudluq tarixində uzun təkamül və inkişaf yolu keçərək müasir mərhələyə gəlib çatmış, heç bir zaman aktuallığını itirməmişdir. Tarix sübut edir ki, hər bir xalqın davamlı və sabit inkişafını hansısa taleyüklü mərhələdə ona rəhbərlik etmiş fenomenal keyfiyyətlərə malik lider müəyyənləşdirir. Müasir dünya xalqın iradəsi əsasında dövlət idarəçiliyi missiyasını üzərinə götürmüş liderlər qarşısında yeni şərtlər müəyyənləşdirir. Bu şərtlərdən ən mühümü nizamı çox tez-tez pozulan qlobal siyasət arenasının sərt müdaxilələri qarşısında uzun illər boyu zərrə-zərrə formalaşaraq sabitləşmiş milli dövlətçilik ənənələrinə sadiqlikdir. Sizin həyata keçirdiyiniz məqsədyönlü siyasət nəticəsində qazanılan uğurlar da məhz bu amilə əsaslanır. Dövlət başçısı kimi Sizin ötən müddətdə əldə etdiyiniz böyük siyasi nailiyyətlər Sizin liderlik üçün zəruri keyfiyyətlərə malik olduğununuzu dəfələrlə olduğu kimi bir daha təsdiqlədiniz. Sizin yeni əsrin praqmatik lideri kimi ölkəyə rəhbərlik etdiyiniz bu müddətdə sübuta yetirildi ki, xalq öz taleyini Sizə etibar etməkdə qətiyyən yanılmayıb.

Siz ulu öndər Heydər Əliyevin siyasi kursunun davamçısı, xalqın lideri olmaq məsuliyyətini yüksək dəyərləndirirsiniz və bu da Sizin sosial məsuliyyət prinsipinə incəliklə riayət etmənizdən irəli gəlir. Siz dövlət idarəçiliyinə dair hər hansı mühüm qərar qəbul etməzdən öncə "Heydər Əliyev bu məsələni necə həll edə bilərdi" sualına cavab tapmağa çalışdığınızı deyirsiniz . Özündə dərin mənəvi-psixoloji çalarları ehtiva edən bu məqam Heydər Əliyev siyasi kursunun varisliyinin yüksək səviyyədə təmin olunduğuna dəlalət edir.

Reallığı düzgün qiymətləndirmək bacarığınız, praqmatikliyiniz, işgüzarlığınız, səmimiliyiniz, xalqa, Vətəninə sevgisiniz , qətiyyətliliyiniz, məqsədə doğru inamla irəliləməniz Zati- Aliləri Sizə xalqın rəğbət hissini artıran ən mühüm mənəvi keyfiyyətlərdir. Sizin yüksək intellektiniz, istedadınız, şəxsiyyətiniz, dövlətçilik məharəti ümumi, əbədi vəhdət təşkil edir. İntellektlə istedadın, ənənə ilə novatorluğun, keçmişlə gələcəyin üzvi vəhdətinə, yaradıcı sintezinə nail olmaq qabiliyyəti, Azərbaycanın dünəninə, bugününə və sabahına sonsuz, sarsılmaz sədaqət - bunlar Sizin şəxsiyyətinizi hər kəsə sevdirən cəhətlərdir. Liderlik xüsusiyyətlərinin əksəriyyət tərəfindən qəbul edilmək, geniş siyasi spektrin inamını qazanmaq və elektoral dəstəyə malik olmaq kimi politoloji bir mənanı ehtiva etdiyini nəzərə alsaq, bu termini bütün kateqoriyalar üzrə Sizə şamil edilir.Cənab İlham Əliyev həm də Siz müasir dünyanın qloballaşma və yeni geosiyasi reallıqlardan irəli gələn siyasi mənzərəsini anlayan və fəaliyyətini milli mənafeyə uyğun quran siyasi liderdirsiniz.

Bu gün Azərbaycanda zaman islahatların və demokratik inkişafın xeyrinə işləyir. Ötən illərdə ölkədə siyasi barışığın, vətəndaş həmrəyliyinin və Vətən müharibəsində qələbənin təmin olunması, əksqütblü qüvvələr arasında etimad mühitinin formalaşdırılması istiqamətində atdığınız addımlar Sizin ədalətli rəhbər obrazını şərtləndirən amillər sırasında xüsusi vurğulanmalıdır. Kadr siyasəti və dövlət idarəçiliyi məsələlərində Azərbaycanın bütün vətəndaşlarının iştirakının təmin olunması, müxalifətin sağlam, konstruktiv dialoqa dəvət olunması, əldə edilən iqtisadi nailiyyətlərdən hamının bacarıq, zəhmət və əqli imkanlarına görə bəhrələnməsi də milli birliyin möhkəmləndirilməsi istiqamətində atılmış addımlarınızdır.

Cənab Prezident Sizin ulu öndər Heydər Əliyevin əsasını qoyduğu çoxşaxəli islahatları uğurla davam etdirməyə qadir siyasi lider olduğunu ötən fəaliyyətinizdə tam sübuta yetirdi. Dövlət başçısı vəzifəli şəxslərə etimad prinsipini onların xalqa xidmətinə nəzərən müəyyənləşdirdi. Hökumətin xalq qarşısında hesabat verməsi idarəçilikdə dəyərli ənənə kimi formalaşdı. Siz öz komandasınızda təmsil olunan şəxslərlə səmimi, qarşılıqlı hörmətə əsaslanan rəftarın tərəfdarısınız . Amma bütün bunlar nöqsanlarla müşahidə olunursa, Sizin yetərincə sərt qərarlarınız, qəti addımlarınız da inkaredilməzdir. Sizin fəaliyyətinizdə ciddi nizam-intizamı, məsuliyyət hissini hər an bariz surətdə görmək mümkündür.

Təkzibolunmaz həqiqətdir ki, Sizin müdrik rəhbərliyinizlə son illər ərzində uğurla həyata keçirilən balanslaşdırılmış daxili və xarici siyasət sayəsində ölkəmizdə bir-birinin ardınca reallaşmaqda olan qlobal transmilli enerji və nəqliyyat-kommunikasiya layihələri, genişmiqyaslı islahatlar, qeyri-neft sektorunun və regionların dinamik sosial-iqtisadi inkişafı bütövlükdə dövlət büdcəsinin sürətli artımı ilə müşayiət olunmaqdadır.

Bütün bunlar qəti şəkildə deməyə əsas verir ki,  Müzəffər Ali Baş Komandan İlham Əliyev fenomeni bu gün müstəqil Azərbaycanın siyasi simasını müəyyən edir. Sizin yeni dövrlə səsləşən çoxşaxəli islahatları məhz ulu öndər Heydər Əliyevin müəllifi olduğu möhkəm təməl üzərində davam etdirirsiniz , yeni çalarlarla zənginləşdirirsiniz . Əminliklə demək olar ki, Sizin dövlətçilik təcrübəsində siyasi varislik ənənələrinin davamı, üstəlik, mütərəqqi inkişaf meyillərinin gücləndirilməsi ideyası üstünlük təşil edir. Bu siyasi kursun davamlılığının təmin olunması isə Azərbaycanın dövlətçilik əsaslarının daha da möhkəmləndirilməsinə, müstəqilliyimizin əbədiliyinə, dövlətin hərtərəfli yüksəlişinə ən etibarlı təminatdır.

Vətən müharibəsində və bu gündə Sizin meydana qoyduğunuz yenilməz, sarsılmaz sərt iradəniz üçün, qətiyətli addımlarınız üçün bir Azərbaycan Respublikası Vətəndaşı kimi Sizi alqışlayır və tam əminliklə deyirəm ki, Azərbaycan xalq Sizin kimi  Müzəffər Ali Baş Komandanı, Yenilməz Sərkədəsi,  Prezidenti olduğu üçün Sizinlə qüruru duyur. Azərbaycan xalqı Sizinlədir və Sizin hər bir qərarınızı dəstəkləyir. Allah Sizi qorusun!

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31