Saxta, xunta rejiminin ömrü bitdi - ÖZƏL

Azərbaycanın Qarabağ bölgəsindəki qondarma qurum özünü buraxdığını elan edib. Bu barədə qondarma quruma rəhbərlik etmiş Samvel Şahramanyan qərar verib. Qərara əsasən, qondarma rejimin bütün qurumları və təşkilatları fəaliyyətini dayandırır. Bununla da "Dağlıq Qarabağ respublikası" öz mövcudluğuna son verir. "Olaylar"ın məlumatına görə, "Cümhuriyət" qəzetinin baş redaktoru Rafael Becanov bildirib ki, bu proseslərin sonu belə də olmalıydı. Başqa çıxış yolu və zərrə qədər şansları yox idi: "Qəti qələbə! Güc, iradə, qətiyyət və məqamı çatanda atılan addım Qələbə gətirir! Beləliklə də, Azərbaycanın Qarabağ bölgəsindəki qondarma qurum özünü buraxdığını elan edib. Bununla da saxta, xunta rejiminin ömrü bitdi".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31