Ermənilərin kütləvi şəkildə Xankəndidən getməsi hansısa bir oyunun tərkib hissəsidir - ÖZƏL
28 Sentyabr 2023 11:27 Siyasət"Antiterror əməliyyatının uğurla başa çatmasından sonra ərazidə yaşayan ermənilərin Azərbaycan tərəfinin onlara heç bir təzyiq etməməsi, hətta qalması üçün təkliflər etməsi fonunda mütəşəkkil şəkildə ərazini tərk etmələrindən görünən odur ki, bu, hansısa bir oyunun tərkib hissəsidir". "OLAYLAR" xəbər verir ki, bu fikirləri politoloq Azər Qasımov səsləndirib. Onun sözlərinə görə, gedən ermənilərin dilindən bir çoxunun onlara getməklə əlaqəli göstəriş verildiyini, onların getmək istəməmələri, niyə getdiklərini belə bilmədiklərinin deyildiyinə şahidi oluruq:
"Bu, təbii ki, erməni məkrinin tərkib hissəsidir. Hamısı da olmasa, əksəriyyəti oynanılan oyundan xəbərdardır".
Azər Qasımov qeyd edib ki, kütləvi şəkildə ermənilərin köçü və sonrasında türkləri soyqırımda günahlandırmaq praktikası var:
"1915-ci il hadisələrinin oyunları hələ davam edir. Sayın çoxluğuna vurğu edilməsi və kütləvi şəkildə ərazidən çıxmaq da görünən odur ki, həmin praktikanın davamıdır. Məsələ ondadır ki, dünya erməniliyi Qarabağ və "Artsax" oyununun birdəfəlik bitdiyini yaxşı başa düşürlər, amma məsələ bu ideologiyadan istifadə edib ayaqda duran erməni lobbiçiliyi özünün məhv olmasını istəmədiyi üçün özlərinə yeni bəhanələr uydurmaqla məşğuldurlar. Sonradan Azərbaycanı diskriminasiya və sürgünə təhrik etməkdə günahlandırmaq məqsədi ilə oyunlar qurmaqla dünya ictimaiyyətini aldatmaq və Azərbaycanın üzərində təzyiq mühiti formalaşdırmaq istəyirlər".
Politoloq deyib ki, ərazidən çıxan ermənilərin sayı barədə Azərbaycan tərəfi də hesabat aparır:
"Dəqiq say mütləq bəlli olacaq. Amma qeyd edildiyi qədər olmadığı mütləqdir. Erməni tərəfi yenə də yalançı soyqırım iddialarında olduğu kimi sayın şişirdilməsi ilə məşğul olur".