Ceyhun Bayramov və Sergey Lavrov arasında telefon danışığı olub
27 Sentyabr 2023 20:59 SiyasətOlaylar.az xəbər verir ki, Azərbaycan və Rusiya xarici işlər nazirləri arasında telefon danışığı olub.
Nazirlər - Ceyhun Bayramov və Sergey Lavrov Qarabağdakı vəziyyət, o cümlədən humanitar yardımın göstərilməsi, yerli erməni əhalisinin hüquq və təhlükəsizliyinin təmin edilməsi məsələlərini müzakirə ediblər.
Bakı və İrəvan arasında sülh müqaviləsinin işlənilib-hazırlanması, Ermənistan-Azərbaycan sərhədinin delimitasiyası və nəqliyyat kommunikasiyalarının açılması ilə bağlı 2020-2022-ci illərdə ən yüksək səviyyədə imzalanmış üçtərəfli sazişlər kompleksinin həyata keçirilməsi yolları nəzərdən keçirilib.
Həmçinin ikitərəfli və regional gündəmdə olan bir sıra mövzulara da toxunulub.
Müxtəlif səviyyələrdə gələcək təmaslar barədə razılıq əldə olunub.